Əsas Səhifə > XARİCİ XƏBƏR > Bu ölkədə Rusiya nömrəli avtomobillərdən istifadə QADAĞAN EDİLDİ
Bu ölkədə Rusiya nömrəli avtomobillərdən istifadə QADAĞAN EDİLDİ11-03-2024, 23:13 |
Litvada diplomatik avtomobillər və ölkə üzərindən Rusiyanın Kalininqrad vilayətinə gedib-gələn nəqliyyat vasitələri istisna olmaqla, Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib. Şəffaflıq.az xəbər verir ki, bu haqda Litva Gömrük İdarəsi açıqlama verib. Açıqlamaya görə, martın 11-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə edənlər qanunvericiliyi pozmuş hesab olunacaq və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar. Qeyd edək ki, Litva 2023-cü ilin sentyabrında Avropa Komissiyasının tövsiyəsi ilə Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib. (Qafqazinfo) Geri qayıt |