Əsas Səhifə > XARİCİ XƏBƏR > Almaniya birbaşa iştirakı olmadan qanadlı raketləri Ukraynaya ötürməyin yolunu tapıb

Almaniya birbaşa iştirakı olmadan qanadlı raketləri Ukraynaya ötürməyin yolunu tapıb


11-03-2024, 09:15


Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, rəsmi Berlin Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun raketlərin Ukraynaya təhvil verilməsi üçün dairəvi mübadilə təklifini nəzərdən keçirməyə hazırdır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.

Xüsusilə Almaniya Böyük Britaniyaya “Taurus” qanadlı raketləri verə bilər və bunun müqabilində Britaniya tərəfi “Storm Shadow”u Ukraynaya ötürəcək.

Beləliklə, Almaniya Ukrayna qoşunlarını qanadlı raketlərlə təmin etmək məsuliyyətindən rəsmən azad olacaq.

Nəşr yazıb ki, Annalena Berbok belə sxem vasitəsilə Kiyevi qanadlı raketlərlə təmin etmək barədə Kemeronun təkliflərinə açıqdır.


Geri qayıt