Əsas Səhifə > İdman > Penitensiar Xidmətin cəzaçəkmə müəssəsində qadınlar arasında badminton turniri keçirillib

Penitensiar Xidmətin cəzaçəkmə müəssəsində qadınlar arasında badminton turniri keçirillib


8-03-2024, 11:38


8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssəsində qadınlar arasında badminton turniri keçirillib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Ardıcıl üçüncü ildir təşkil olunan və silsilə xarakter daşıyan yarış Azərbaycan Badminton Federasiyası, Ədliyyə Nazirliyi Penitensiar Xidmət və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Qadın həmrəyliyi ruhunda keçirilən yarışın iştirakçıları təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.

Daim ədalətli oyun prinsiplərini rəhbər tutan Azərbaycan Badminton Federasiyası davamlı olaraq bu layihələri həyata keçirməklə səlahiyyətli təşkilatlar və dövlət qurumları arasında hab rolunu oynamaqla yanaşı, cəmiyyət və beynəlxalq idman təşkilatlarına sosial mesajlar verir. Bu cür tədbirlərin həyata keçirilməsi bu kateqoriyadan olan şəxslərin müəssisəni tərk etdikdən sonra cəmiyyətə inteqrasiyasında da mühüm rol oynayaraq, onların sağlam həyat tərzini və fiziki inkişafını da təmin etmiş olur.

Sosial layihələrə xüsusi diqqət ayıran Azərbaycan Badminton Federasiyası iki il arıdıcıl olaraq Avropa ədalətli Oyun Hərəkatının "Ədalətli Oyun Ruhu" nominasiyası üzrə beynəlxalq “Fair Play” mükafatına layiq görülüb. Federasiya cəzaçəkmə müəssisələrində reallaşdırılan tədbirlər, eləcə də inklüziv və parabadmintonun inkişafı istiqamətində həyata keçirdiyi layihələrə və bununla da badmintonun hamı üçün əlçatanlığının təmin edilməsinə görə bu nominasiya üzrə mükafatlandırılıb.


Geri qayıt