Əsas Səhifə > Hadisə > Bakıda bağçada 112 uşağın ərzağı mənimsənilib, cinayət işi başlanılıb

Bakıda bağçada 112 uşağın ərzağı mənimsənilib, cinayət işi başlanılıb


6-03-2024, 15:42


Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında 112 uşağın ərzağı mənimsənilib, cinayət işi başlanılıb.

Bu barədə Şəffaflıq.az-aYasamal Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri məlumat bazasında adları qeydə alınmayan 112 nəfər uşağa görə ərzaq məhsullarını məxaric etməklə xeyli miqdarda dövlət əmlakının mənimsəməkdə və rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməkdə şübhəli biliniblər.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


Geri qayıt