Əsas Səhifə > XARİCİ XƏBƏR > Bolqarıstan parlamenti hökumətin istefasını qəbul edib

Bolqarıstan parlamenti hökumətin istefasını qəbul edib


6-03-2024, 14:56


Bolqarıstan parlamenti Baş nazir Nikolay Denkovun başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, hökumətin istefası ilə bağlı təklif martın 5-də parlament aparatına daxil olub.

Bildirilib ki, 216 deputat bu qərarın lehinə yekdilliklə səs verib.

Bu ölkənin konstitusiyasına uyğun olaraq, N.Denkovun kabineti davamlılığı təmin etmək üçün Bolqarıstanın yeni hökuməti seçilənə qədər fəaliyyət göstərəcək.


Geri qayıt