Əsas Səhifə > İnfrastruktur > Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb6-03-2024, 08:34 |
Bakının bir sıra yollarında tıxac yaranıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 10. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində; 11. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur. Geri qayıt |