Əsas Səhifə > MALİYYƏ > Azərbaycanın bank sektorunun 13 milyard manat likvid aktivləri var

Azərbaycanın bank sektorunun 13 milyard manat likvid aktivləri var


5-03-2024, 14:15


Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun likvid aktivləri 13,1 milyard manat olmaqla sektorun aktivlərinin 26,7 %-ni təşkil edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə deyilir ki, sektorun ani likvidlik əmsalı 52 % təşkil etməklə minimum tələbi (30 %) 1,7 dəfəyə yaxın üstələyib.

Likvid aktivlərin 48 %-i (3,7 milyard ABŞ dolları) xarici valyutada olub.

Likvid aktivlərin strukturu isə belədir. Nostro hesablarda 38 %-i (5 milyard manat), dövlət qiymətli kağızlarında 36 %-i (4,8 milyard manat), Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarda 12 %-i (1,5 milyard manat) və nağd vəsaitlərdə 14 %-i (1,9 milyard manat).


Geri qayıt