Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Mikayıl Cabbarov: "Bu il əmək müqavilələrinin sayı 26 minə qədər artıb"
Mikayıl Cabbarov: "Bu il əmək müqavilələrinin sayı 26 minə qədər artıb"5-03-2024, 12:37 |
Bu ilin əvvəlindən Azərbaycanda əmək müqavilələrinin sayı 26 minə qədər artıb və bunun 23 mindən çoxu qeyri-neft-qaz özəl sektorunda qeydə alınıb. Şəffaflıq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. "Qeyri-neft-qaz sektorunun özəl bölməsində bağlanmış müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) müvafiq göstəricini 59 min vahid qabaqlayaraq ümumi əmək müqavilələrində 50 %-i keçib. İş yerlərinin rəsmiləşdirilməsinin təmin edilməsi istiqamətində islahatın başladığı 2019-cu ildən indiyə qədər işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 432 mindən çox, qeyri-neft-qaz sektorunun özəl bölməsində isə 381 mindən çox artıb"- deyə o qeyd edib. Geri qayıt |