Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Bakıda Venesiya Karnavalı təşkil edilib

Bakıda Venesiya Karnavalı təşkil edilib


5-03-2024, 11:14


Bakıda Azərbaycan İş Adamlarının Qlobal Assosiasiyası (GABA) və Azərbaycan İtaliya Məzunları Assosiasiyasının birgə təşkilatçılığı ilə Venesiya Karnavalı təşkil edilib.

Şəffaflıq.az xəbər verir ki, Nobel Qardaşları Muzeyində keçirilən tədbirdə tanınmış şəxslər, ölkəmizdə fəaliyyət göstərən müxtəlif diplomatik korpusun nümayəndələri, Milli Məclisin üzvləri, sahibkarlar, GABA və Azərbaycan İtaliya Məzunları Assosiasiyasının (AZIAA) idarə heyəti, eləcə də təşkilatın üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan GABA-nın rəhbəri Nəzrin Sadıxova Venesiya Karnavalı və bu tədbirin Bakıda təşkil edilməsi ideyasından söhbət açıb.

Daha sonra Azərbaycan İtaliya Məzunları Assosiasiyasının İdarə heyətinin sədri Emin Rüstəmov qonaqları salamlayaraq AZIAA-nın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bu kimi tədbirlərin Azərbaycan və İtaliya arasında inkişaf etməkdə olan münasibətlərə, eyni zamanda təşkilatın məzun üzvləri arasında şəbəkələşmənin formalaşmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Tanınmış teleaparıcı, AZIAA-nın üzvü Çinarə Nurməmmədovanın aparıcısı olduğu karnaval maraqlı musiqi nömrələri ilə yaddaqalan olub. Belə ki, AZIAA-nın məzun üzvləri, tanınmış ifaçı Vaqif Nağıyev və Əhməd Balayev italyan və Azərbaycan dillərində mahnılar ifa ediblər. Nərgiz Abdullayevanın ifa etdiyi italyan musiqiləri də yaddaqalan olub.

Rəsmi qonaqlar arasında İtaliyanın Azərbaycandakı konsulu Alessandro Parrelli, İtaliya Azərbaycan Ticarət Palatasının rəhbəri Manuela Traldi tanınmış modelyer Fəxriyyə Xələfova, Milli Məclisin üzvü Vüqar İsgəndərov yer alıb.


Geri qayıt