Əsas Səhifə > SAĞLAMLIQ > TƏBİB: Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır

TƏBİB: Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır


4-03-2024, 11:28

Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb.

O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Qeyd olunub ki, uşaqda çoxsaylı yaralar müşahidə edilib: "Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".



Geri qayıt