Əsas Səhifə > Dünya > Hizbullah liderinin nəvəsi öldürüldü
Hizbullah liderinin nəvəsi öldürüldü4-03-2024, 00:05 |
Martın 2-də İsrail ordusunun Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində radikal şiə Hizbullah hərəkatının 6 yaraqlısı məhv edilib. axar.az-a istinadən bildirir ki, onların arasında təşkilatın lideri Nəsrullahın nəvəsi Abbas Əhməd Xəlil də var. Yanvarın 8-də İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində "Hizbullah"ın yüksək rütbəli komandiri Visam əl-Tavil də öldürülüb. O, Nəsrullahın qaynı idi. Bundan əlavə, yanvarın 24-də ABŞ-ın İraqda 3 hədəfə endirdiyi aviazərbələr nəticəsində məhv edilənlərdən biri də Nəsrullahın kürəkəni olub. Şəffaflıq.az Geri qayıt |