Əsas Səhifə > MEDİA / MANŞET > Bu gün, “Şəffaflıq” media qrupunun təsisçisi və baş redaktoru Vahid Yusif oğlu İsmayılovun 51 yaşı tamam olur.

Bu gün, “Şəffaflıq” media qrupunun təsisçisi və baş redaktoru Vahid Yusif oğlu İsmayılovun 51 yaşı tamam olur.


2-03-2024, 01:37

Bu gün, 02 mart 2023-cü il tarixdə “Şəffaflıq” qəzetinin təsisçisi və baş redaktoru, “Sheffafliq.az” saytının və “Şəffaflıq TV”-nin rəhbəri Vahid Yusif oğlu İsmayılovun 51 yaşı tamam olur. 

Biz “Şəffaflıq” qəzetinin kollektivi, öz adımızdan və həmkarlarımızın adından Vahid İsmayılovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür və can sağlığı, işlərində isə müvəffəqiyyətlər arzulayırıq. 

Vahid İsmayılovun təsisçiliyi ilə “Şəffaflıq” qəzeti 2011-ci ildə, 3415 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. 

2018-ci ildə isə onun rəhbərliyi ilə “Sheffafliq.az” saytı yaradılmış və hal-hazırda fəaliyyətini davam etdirir.

Vahid İsmayılov Azərbaycan Respublikasının İctimai-Siyasi həyatında yaxından iştirak etmişdir. Belə ki, o, Birinci Qarabağ Müharibəsindən başlayaraq indiyədək ölkəmizdə baş verən həlledici işlərdə, Dövlət Tədbirlərində, bütün seçkilərdə, referendumda, Respublikamızın əksər bölgələrində, o cümlədən yaşadığı doğma Şamaxı rayonunda keçirilən ictimai-siyasi tədbirlərdə müntəzəm iştirak etmiş, bir mətbuat rəhbəri kimi öz köməyini heç vaxt əsirgəməmişdir. Ona görə də V.Y.İsmayılovun təsisçisi və baş redaktoru olduğu “Şəffaflıq” qəzetinin Şamaxı şəhəri, Gənclər küçəsi 27 ünvanında yerləşən ofisini vətəndaşlar çox vaxt “Ümid qapısı” hesab edib həmin ünvana üz tuturlar. 

Vahid İsmayılov indiyədək həmişə çalışmışdır ki, ona kömək üçün müraciət etmiş vətəndaş naümid qalmasın, qarşılaşdığı problemi həll olunsun. Odur ki, vətəndaşların çoxsaylı müraciətləri səbəbindən o, tez-tez Dövlət Orqanları ilə vətəndaşların müraciət əsasında təmasda olduğundan vətəndaşları narahat edən problemlərin həllinə köməklik edir, son nəticədə isə Azərbaycan Vətəndaşının Azərbaycan Dövlətinə olan inam və etimad hissi güclənmiş olur. Yəni, Vahid İsmayılov öz əməli fəaliyyəti ilə ona müraciət etmiş Azərbaycan vətəndaşlarının dövlətimizə olan inamının, etimadının və etibarının yüksəlməsinə xidmət edir. 

Vahid İsmayılov 2020-ci ilin payızında torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən Vətən Müharibəsi zamanı da könüllü olaraq yaxından iştirak etmiş və Dövlətimizin və Xalqımızın tezliklə qalib gəlməsi üçün o, öz imkanı və səlahiyyəti daxilində aktiv fəaliyyətdə olmuşdur.

Vahid İsmayılov hətta qardaş Türkiyə Respublikasında 06 fevral 2023-cü il tarixində baş vermiş zəlzələ nəticəsində də Xalqımızın kütləvi surətdə Türkiyəyə göndərdiyi yardımın istiqamətləndirilməsi və ünvanına çatdırılmasında təqdirəlayiq xidmətlər göstərmiş və bu sahədə düzgün və xeyirli təbliğat işlərini aparmışdır.

Vahid İsmayılovun yuxarıda qeyd etdiyimiz kimi sözdə yox, əməli fəaliyyətində Dövlətimizə, dövlətçiliyimizə dəstək məqsədilə göstərdiyi fəaliyyətlərini saymaqla qurtarmaq olmaz. 


Biz “Şəffaflıq” qəzetinin kollektivi bir daha Vahid İsmayılovu 51 yaşının tamam olması münasibətilə təbrik edirik, Dövlətimizin və dövlətçiliyimizin daha da güclənməsi və dinamik inkişafı üçün ona fəaliyyət göstərdiyi sahədə yorulmaz fədakarlıqlar arzulayırıq.

Hörmətlə,“Şəffaflıq” qəzetinin kollektivi adından Baş redaktorun birinci müavini Məhərrəmov Yanoş Mahmud oğlu,  operator Məhərrəm Səmədpaşa oğlu Səmədov və başqaları.


Geri qayıt