Əsas Səhifə > REGİON > BMT Baş katibi Qəzzada təcili atəşkəslə bağlı çağırış edib
BMT Baş katibi Qəzzada təcili atəşkəslə bağlı çağırış edib1-03-2024, 10:54 |
BMT Baş katibi Antonio Quterreş Qəzzada təcili atəşkəslə bağlı çağırış edib. Şəffaflıq.az xəbər verir ki, o, bu barədə “X”də yazıb. “Mən təcili humanitar atəşkəsə və bütün girovların qeyd-şərtsiz azad edilməsinə çağırışımı təkrarlayıram”, - Baş katib yazıb. O bildirib ki, indiyə qədər Qəzzada 30 mindən çox insan ölüb, 70 mindən çox insan yaralanıb. Qeyd edək ki, Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb. Misir Prezidenti Əbdülfəttah əs-Sisi fevralın 28-də deyib ki, yaxın vaxtlarda Qəzzada atəşkəs elan oluna bilər. Geri qayıt |