Əsas Səhifə > SİYASƏT > Vərəsəlik hüququ ilə bağlı normativ-hüquqi aktlar kompleks şəkildə təkmilləşdirilir
Vərəsəlik hüququ ilə bağlı normativ-hüquqi aktlar kompleks şəkildə təkmilləşdirilir1-03-2024, 10:43 |
Vərəsəlik hüququ ilə bağlı normativ-hüquqi aktların kompleks şəkildə təkmilləşdirilməsinə başlanılıb. Şəffaflıq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Azərbaycan Hakimlər İttifaqının sədr müavini Sənan Hacıyev Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ – müasir çağırışlar” mövzusunda elmi-praktik konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Mülki Məcəllədə hələ də Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks olunmuş yeni hüquqi mövqe ilə ziddiyyət təşkil edən bir sıra normalar var: "Məsələn, 1247, 1248 və digərlərinin qalması hüquq ictimaiyyəti arasında çaşqınlığın yaranmasına səbəb olacağından Mülki Məcəllənin “Vərəsəlik hüququ” bölməsinin və bununla bağlı Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın, miras əmlaklara münasibətdə vərəsəlik hüquqlarının dövlət qeydiyyatı ilə bağlı və digər aidiyyəti normativ-hüquqi aktların kompleks şəkildə təkmilləşdirilməsi də zəruridir. Əldə etdiyim məlumata əsasən artıq bu istiqamətdə işlərə başlanılıb". Geri qayıt |