Əsas Səhifə > REGİON > Rusiyanın “IrAero” şirkəti aprelin 2-dən Omskdan Bakıya uçuşlara başlayacaq
Rusiyanın “IrAero” şirkəti aprelin 2-dən Omskdan Bakıya uçuşlara başlayacaq1-03-2024, 09:47 |
Rusiyanın “IrAero” aviaşirkəti aprelin 2-dən Omsk-Bakı reysinə başlayacaq. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə TASS-a Omsk hava limanının mətbuat xidmətindən məlumat verilib. “IrAero” aviaşirkəti Omsk-Bakı reysinə biletlərin satışına başlayıb. Azərbaycanın paytaxtına ilk uçuş aprelin 2-də həyata keçiriləcək. Uçuş proqramı oktyabrın 22-dək açıqlanmışdı. Qeyd edilib ki, bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib. Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətə yola düşəcək. Səyahət vaxtı üç saat yarımdır. Geri qayıt |