Əsas Səhifə > EKOLOGİYA > Keçən il normativlərə uyğun fəaliyyət göstərməyən 93 obyektin sahibi cərimələnib
Keçən il normativlərə uyğun fəaliyyət göstərməyən 93 obyektin sahibi cərimələnib28-02-2024, 15:50 |
Keçən il ərzində normativlərə uyğun fəaliyyət göstərməyən 93 obyektin səlahiyyətli nümayəndəsi barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Qeyd olunub ki, həmin müddətdə Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı ötən il ərzində normativlərə uyğun fəaliyyət göstərməyən 93 obyektin səlahiyyətli nümayəndəsi barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğu təmin edilməli, havaya normadan artıq tullantı atılmasına yol verilməməlidir: "Əks halda qanun pozucularına İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən 10 000 manatadək cərimə tətbiq ediləcək". Şəffaflıq.az Geri qayıt |