Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Ötən il yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə bir cinayət işi açılıb.

Ötən il yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə bir cinayət işi açılıb.


28-02-2024, 11:21


Ötən il yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə bir cinayət işi açılıb.

Bu barədə Şəffaflıq.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinden  bildirib.

O xatırladıb ki, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib: "2021-ci illə müqayisədə 361 nəfər artım olub. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Ailə Məcəlləsinə əsasən, nikah yaşının bir yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib. Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən, 269 erkən evliliyin qarşısı alınıb".


Geri qayıt