Əsas Səhifə > REGİON > Keçmiş SSRİ-nin Nazirlər Sovetinin sədri Nikolay Rıjkov ölüb. “

Keçmiş SSRİ-nin Nazirlər Sovetinin sədri Nikolay Rıjkov ölüb. “


28-02-2024, 11:08


Keçmiş SSRİ-nin Nazirlər Sovetinin sədri Nikolay Rıjkov ölüb.

Şəffaflıq.az xəbər verir ki, məlumatı TASS yayıb.

SSRİ-nin sonuncu baş naziri 95 yaşında vəfat edib.

Ermənipərəst mövqeyi ilə seçilən N.Rıjkov Ermənistanın milli qəhrəmanı adına layiq görülmüş, vətən ordeni ilə təltif olunub. Ermənilər zəlzələ zonası Spitaka göstərdiyi yardımına görə ona bu adı vermişdilər.

Qeyd edək ki, Nikolay Rıjkov 1929-cu il sentyabrın 28-də Ukraynada anadan olub. 1985-1991-ci illərdə keçmiş SSRİ Nazirlər Sovetinin sədri işləyib. O, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun ən yaxın adamı olub. 2019-cu ildə Rusiyanın Əmək Qəhrəmanı adına layiq görülüb. Rusiya Krımı ilhaq etdiyi üçün Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və başqa ölkələrin tətbiq etdiyi sanksiyaya o da məruz qalıb.


Geri qayıt