Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda ötən ay 30 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb

Azərbaycanda ötən ay 30 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb


28-02-2024, 10:49


Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 29 825 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.

Şəffaflıq.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 15,6 %-i və yaxud 4 664-ü ilkin, 84,4 %-i və yaxud 25 161-i təkrar qeydiyyatın payına düşüb.

Yanvarda fərdi yaşayış və bağ evi üzərində 4 065, mənzil üzərində 6 477, torpaq sahəsi üzərində 18 447, qeyri-yaşayış binası üzərində 247, qeyri-yaşayış sahəsi üzərində 547, əmlak kompleksi üzərində 40, çoxmərtəbəli yaşayış binası üzərində isə 2 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan daşınmaz əmlakların 7 338-i Bakının, qalanı isə bölgələrdə yerləşib.

Hesabat dövründə 21 567 texniki pasport tərtib edilib. Həmçinin 5 823 ipoteka müqaviləsi qeydiyyata alınıb.


Geri qayıt