Əsas Səhifə > Hadisə > Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb

Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb


27-02-2024, 09:40


Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürüb.

Bu barədə Şəffaflıq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 2 tapança, 4 qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 105 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.


Geri qayıt