Əsas Səhifə > XARİCİ XƏBƏR > Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Azərbaycana gəlib
Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Azərbaycana gəlib26-02-2024, 23:27 |
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Töfiq bin Fouzan əl-Rəbian Azərbaycana rəsmi səfərə gəlib. Şəffaflıq.az xəbər verir ki, fevralın 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın qarşılanma mərasimi olub. Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbianı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul etdiyinə görə minnətdarlıq edib. Səudiyyəli nazirin ölkəmizdə rəsmi görüşləri nəzərdə tutulub. Geri qayıt |