Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclisdə ölkənin su təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə ölkənin su təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək


26-02-2024, 15:18

Milli Məclisdə “Ölkənin su təsərrüfatı: nəticələr, problemlər və çağırışlar” mövzusunda ictimai dinləmə keçiriləcək.

Şəffaflıq.az-ın xəbərinə görə, toplantı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə fevralın 28-də baş tutacaq.

İclasda deputatlarla yanaşı, müvafiq qurumların nümayəndələrinin iştirak etməsi gözlənilir.


Geri qayıt