Əsas Səhifə > SİYASƏT > Xorvatiyanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
Xorvatiyanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib26-02-2024, 11:34 |
Xorvatiyanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik sosial şəbəkələrindəki hesablarında məlumat yayıb. “Bu gün biz Xocalı faciəsi qurbanlarını dərin hüznlə yad edirik”, - paylaşımda qeyd edilib. Qeyd edək ki, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Geri qayıt |