Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: Boş söhbətlər, şayiə və münaqişələrdən uzaq durun. Səhhətinizə fikir verin.
Günün qoroskopu: Boş söhbətlər, şayiə və münaqişələrdən uzaq durun. Səhhətinizə fikir verin.24-02-2024, 00:27 |
Qoç - gözləntilərinizin səviyyəsini aşağı salın, diqqətə layiq olan işi yerinə yetirin. Gün ərzində o qədər də xoş olmayan məlumatın alınması, informasiya əldə edilməsində problemlər, yaxın ətrafdakı insanlardan biri ilə münaqişə və ya ixtilaf riski var Narazı, sinirli, aqressiv olmayın. Mövqelərinizə uyğun olmayan fikirlərə dözümlü yanaşın. Bilavasitə sizdən asılı işləri bitirin. Fəaliyyətinizin yönlərini artırın. Yeni perspektivlər vəd edən layihə ilə məşğul ola bilərsiniz. Buğa - maddi məsələlərin həllində bir sıra problemlər yarana bilər. Hesaba pul yatırmaq, pul köçürmək, əmlakla bağlı danışıqlar aparmaq məsləhət deyil. Ümumi nevroz durum və qeyri-müəyyənlik kəskin reaksiyaya səbəb olaraq mübahisə etmək, mövqeləri qorumaq istəyi yarada bilər. Ehtiyatları artırmaq olar. Alış-verişdə çox pul xərcləməyin. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında qəfil impulsun təsiri ilə planlarda müəyyən dəyişikliklər baş verə bilər. Ailədə münaqişə vəziyyəti yaratmayın. Vədlərə əməl edin. Əkizlər - uğurlu və əlverişli gündür. Yeni planlar qurun. Yaxın vaxtlarda hansı əlaqələrə ehtiyac duyduğunuzu düşünün. Qərarları müstəqil qəbul etmək niyyət və cəhdlərinizə rəğmən tərəfdaşların yerini və rolunu qulaqardına vurmamağa çalışın. Ən mühüm məsələləri onlarla müzakirə edin. Diqqətli olun, yekun qərar verməyə tələsməyin. Şəxsi maraqlarınıza toxunan məsələni həll etmək məcburiyyətində qala bilərsiniz. Buna rəğmən, uğur qazanmaq, hətta yeni həmfikirlərin dəstəyinə nail olmaq şansınız var. Günün ikinci yarısında daxili gərginlik, münaqişə situasiyaları güclənir. Tənhalıqda vaxt keçirmək üçün yaxşı vaxtdır. Xərçəng - işləri qaydaya salmaq üçün yaranmış imkanlardan istifadə edin. Hesablar, sənədlər, məlumat bazaları, məktubları qaydaya salın. Peşəkar fəaliyyət müstəvisində yaranan məsəlləri aktiv şəkildə həll edin, təşkilati tədbirlər keçirin. Danışıqları öz ərazinizdə reallaşdırın. Rifahınıza və ya mövqelərinizə təhdid yarada biləcək situasiyalarda səliqəli, diqqətli olun. Qıcıqlı və sinirli olmayın, münaqişələrə qatılmayın. Keçməyinizin gərəkli olmadığı həddi müəyyənləşdirin. Axşam saatlarında səhhətinizdə problemin yaranması, xroniki ağrının kəskinləşməsi istisna deyil. Şir - gün ərzində sakit, təmkinli və soyuqqanlı olun. Planlara uyğun hərəkət edin. Səs-küy və laübə çox olsa da, məlumat mübadiləsini unutmayın. Çalışdığınız kollektivdə rəqabətlə qarşılaşacaqsınız. Gördüyünüz iş və ya həyata keçirməyə çalışdığınız layihələrdə xırdalıqlara fikir verin. Önəm verdiyiniz münasibətlərdə laqeyd davranmayın. Mühüm məlumatı və planlarınızı yaxın ətrafınızdakı insanlarla bölüşməyə tələsməyin. Nəzərdə tutduğunuz dəyişikliklərdə dostlarınız önəmli rol oynaya bilərlər. Axşam saatlarına yaxın aktivliyi bir qədər azaldın. Yaxınlarınızla münaqişə vəziyyəti yaratmayın. Normal istirahət edin. Qız - yaxın ətrafınızdakı insanlar sizi qıcıqlandıra bilər. Ənənəvi ritminizi pozmaq, planlarınıza müdaxilə cəhdlərinə imkan verməyin. Bu gün münaqişə və ixtilaflardan qaçmaq mümkün deyil. Bu səbəbdən də münasibətləri aydınlaşdırın, çoxdan həllini tələb edən problemi çözün. Sadəcə, həddi keçməyin, intuisiyanızı işə salın. Əldə etmək istədiyiniz nəticəni nəzərə alın, sərt və aqressiv davranmayın. Orientirlərə yenidən baxa bilərsiniz. Bəyanatlar verməyə tələsməyin. Kimisə cəzalandırmaq, kimdənsə qisas almaq fikriniz yaranarsa, tələsməyin. Əks təqdirdə sizi çox pis nəticə, əks zərbə gözləyəcək. Tərəzi - narahat, qarışıq, mürəkkəb gündür. Əsas işi yerinə yetirmək üçün aktivliyinizi əvvəlcədən plaqlaşdırın. Söz-söhbət, müzakirələr çox olacaq. Gerçəkdən də, önəmli məlumat ala bilərsiniz. Kənar təsirlərə, yaxın ətrafınızdakı insanların ifrat emosionallığına fikir verməyin. Köhnə əşyalardan qurtulun. Yeni ideya və planlar formalaşa bilər. Şəxsi münasibətlərdə niyyət və məqsədlər üst-üstə düşərsə, vəziyyət yaxşı olacaq. Ünsiyyət, təmaslar önəmli ola bilər. Spontan aktivlik sizi sevindirəcək. Əqrəb - çətin gündür. Qeyri-müəyyənlik, istəklərin təbəddülatı, niyyətlərin ziddiyyəti yarana bilər. Ani maraqları unudun, perspektivləri düşünün. Seçim çətinliyi sizə mühüm iş görməyə mane olmayacaq. Yeni istiqamətdə hərəkətə başlaya bilərsiniz. Kəskin situasiyalarda münasibətlərin aydınlaşdırılması prosesini uzatmayın. Perspektivlər dumanlı olsa belə, güzəştə meylli olun, durumu sürətlə təhlil etməyə çalışın. Səhvlərin fəsadlarını aradan qaldırmaq üçün vaxt var. Axşam saatlarında stressdən qurtulmağa çalışın. Oxatan - praktiki məsələlərin həlli ilk yerə çıxmalıdır. Fəaliyyətinizi intensivləşdirmək və zənginləşdirməyin yollarını düşünün. Təkliflər, məlumat mübadiləsi, xidmətlər gələcəkdə yeni perspektivlər vəd edir. Günün ikinci yarısında gərginlik artacaq. Mümkün münaqişələrə qatılmayın, amma məlumat axınını da məhdudlaşdırmayın. Şəxsi münasibətlərdə hər nüansın önəmi var. Kiçik bir detal əhvalınızı dəyişə bilər. Axşam saatlarını evdə keçirin. Münaqişə üçün səbəb axtaran insanların yanında olmayın. Oğlaq - problemləri sürətlə həll etməyə, bir işi yarımçıq qoyub başqasına başlamağa, daim yerdəyişmədə olmağa çalışmayın. Sizi emosiyaların çox olduğu mövzuya qatmaq istəyəcəklər. Yardım istəyənə kömək edin, məsləhətlərdən yayınmayın. Emosional söhbətlərə qatılmayın, amma peşəkarlığınızı nümayiş etdirə biləcəyiniz toplantı və danışıqlarda iştirak edin. Günü hərəkətdə keçirin. Yaxınlarınıza verdiyiniz vədləri yerinə yetirin. Axşam saatlarında gəzintiyə çıxın. Dolça - günü hadisələrin episentrində keçirin. Bütün informasiya kanallarını açın, mümkün qədər çox ünsiyyətdə olun. Fantaziya və təxəyyülünüzü işə sala biləcəyiniz məşğuliyyət seçin. Hansı bilik və ya təcrübəyə ehtiyac duyduğunuzu müəyyənləşqdirin. Status, mövqe və imkanlarınızı gücləndirmək üçün əlaqələri genişləndirin. Günün ikinci yarısında hər şeyi emosional qəbul etməyin. Rəğbət bəslədiyiniz insanlarla olun. Yaşam arealında qayda yaradın. Balıqlar - fiziki tonusunuz normadadır, xəbərlər axını sürəklidir. Amma asan gün deyil. İdeyalar və faydalı fikirlər yetərincə olsa da, işin təşkili, diqqətin konsentrasiyası ilə bağlı problemlər var. Həddən artıq işi yerinə yetirməyə çalışmayın. İşlərdə və yaşam arealında qayda yaradın. Qüvvəniz, imkanlarınız, məsrəfləriniz və aldığınız dəstəyi dəyərləndirin. Yeni işlə tapşırığa yanaşma praqmatik, düşünülmüş olmalıdır. Problemlərin həllini, zəngləri, yazışmanı təxirə salmayın. Boş söhbətlər, şayiə və münaqişələrdən uzaq durun. Səhhətinizə fikir verin. Geri qayıt |