Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda yol polisinin mərkəzi informasiya sistemi haqqında əsasnamə dəyişib
Azərbaycanda yol polisinin mərkəzi informasiya sistemi haqqında əsasnamə dəyişib21-02-2024, 18:58 |
Prezident İlham Əliyev 22 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib. Şəffaflıq.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, əlaqəli fəaliyyət çərçivəsində Sistemə təqdim olunan məlumatlara Azərbaycanla beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara verilən xarici ölkələrin “İcazə” blankı və Azərbaycan ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün verilən “Fərqlənmə nişanı”nın buraxılış kartları üzrə məlumatları əlavə edilib. Geri qayıt |