Əsas Səhifə > Cəmiyyət > Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb.
Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb.20-02-2024, 23:34 |
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb. Şəffaflıq.az əldə etdiyi məlumata görə, nazir Cananın xərclərini qarşılayıb. C.Hümmətova Bakı şəhərində yerləşən 20 saylı orta məktəbdə 8-ci sinifdə təhsil alırdı. K.Heydərov bundan sonra sənətçinin qızının Avropa Azərbaycan Məktəbində oxumasını məsləhət görüb və illik təhsil haqqını da ödəyib. Qeyd edək ki, Aygün Bəylər Kəmaləddin Heydərovun bəslədiyi bir neçə məşhur mahnının ifaçısı olub. Bunlar "Qalanı xatirədir", "Özün günahkarsan", "İlahi", "Nə Yaxşı ki, Sən Varsan" mahnılarıdır.Xatırladaq ki, Avropa Azərbaycan Məktəbi Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Geri qayıt |