Əsas Səhifə > REGİON > İsrail ordusu HƏMAS-ın oktyabrın 7-dəki hücumu ilə bağlı daxili təhqiqata başlayacaq
İsrail ordusu HƏMAS-ın oktyabrın 7-dəki hücumu ilə bağlı daxili təhqiqata başlayacaq20-02-2024, 13:40 |
İsrail Müdafiə Qüvvələri yaxın günlərdə HƏMAS hərəkatının oktyabrın 7-də törətdiyi hücum və sonrakı hərbi əməliyyatlarla bağlı daxili təhqiqata başlayacaq. Şəffaflıq.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Herçi Halevi deyib. Onun sözlərinə görə, bu proses təxminən üç ay çəkəcək və ordunun bütün bölmələrinə şamil olunacaq: “Döyüş meydanındakı əməliyyat vəziyyəti hazırda belə bir təhqiqat keçirməyə imkan verir”. Bununla bağlı araşdırmaların hərbi əməliyyatlar bitdikdən sonra başlanılması nəzərdə tutulurdu. Geri qayıt |