Əsas Səhifə > XARİCİ XƏBƏR > Aİ-nin enerji məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək
Aİ-nin enerji məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək20-02-2024, 10:43 |
Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının onuncu nazirlər iclasında və COP-un “yaşıl enerji” üzrə nazirlərin ikinci iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bu barədə Avropa Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və “yaşıl enerji” üzrə 2-ci iclası keçiriləcək. Bu iki tədbirin keçirilməsi təkcə neft-qaz potensialı hesabına deyil, həm də alternativ enerji mənbələri hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolunu əyani şəkildə nümayiş etdirir. Şəffaflıq.az Geri qayıt |