Əsas Səhifə > SAĞLAMLIQ > Cəlilabad rayonunda son on gün ərzində 83 nəfər qızılca virusuna yoluxub
Cəlilabad rayonunda son on gün ərzində 83 nəfər qızılca virusuna yoluxub19-02-2024, 22:40 |
Cəlilabad rayonunda son on gün ərzində 83 nəfər qızılca virusuna yoluxub. Şəffaflıq.az-ın məlumatına görə, noyabr ayından bugünədək yoluxma sayı 576 nəfər təşkil edir. Yoluxanlardan 18 yaşdan kiçiklər 379 nəfər, 18 yaşdan böyüklər isə 197 nəfərdir. Hazırda aktiv xəstə sayı 83 nəfərdir. Xəstələrdən 1-i stasionar şəraitdə müalicə olunur. Qeyd edək ki, ötən gün 8 nəfər bu virusa yoluxub. Geri qayıt |