Əsas Səhifə > MILLI MƏCLİS > Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə Milli Məclisin plenar iclasına tövsiyə edilib - YENİLƏNİB

Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə Milli Məclisin plenar iclasına tövsiyə edilib - YENİLƏNİB


19-02-2024, 14:30


Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.

"Report"un xəbərinə görə, müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə edilib.

12:04

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunur.

Şəffaflıq.az xəbər verir ki, məruzə parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilib.

Sənədi ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

Qeyd olunub ki, ötən il bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri daim diqqət mərkəzində olub, dövlət büdcəsindən bələdiyyələrə dotasiya və subvensiya ayrılmaqla göstərilən maliyyə dəstəyinin məbləği artırılaraq ilk dəfə 7 milyon manatı ötüb. Azərbaycanın builki dövlət büdcəsində bu məqsəd üçün 8 milyon manatdan çox vəsait nəzərdə tutulub.

Həmçinin bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirilmiş, vətəndaşların hüquqlarının təmin olunması məqsədilə dövlət başçısının sənədsiz tikililərin rəsmiləşdirilməsi barədə tapşırıqlarından, eləcə də bərpa olunan enerji mənbələrindən istifadə sahəsində böyük layihələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətdən irəli gələrək bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə keçirilmədən birbaşa bələdiyyə qərarı ilə ayrılmasını nəzərdə tutan istisna halların dairəsi genişləndirilib.


Geri qayıt