Əsas Səhifə > Hadisə > Xaçmazda 32 yaşlı kişi intihar edib
Xaçmazda 32 yaşlı kişi intihar edib19-02-2024, 12:40 |
Xaçmaz rayonunda intihar hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, rayonun Qıraqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bağırlı Rəsul Məlik oğlu özünü asaraq intihar edib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Geri qayıt |