Əsas Səhifə > REGİON > Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda kömək edir

Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda kömək edir


18-02-2024, 19:31


Ermənistanın Rusiyaya ixracı Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəlki dövrlə müqayisədə 430% artıb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks 

sosial şəbəkədə yazıb.

Bundan əlavə, Ermənistanın Qazaxıstana ixracı 1 200%, Qırğızıstana 1 600%, Özbəkistana 250% və BƏƏ-yə 900% artıb.

İqtisadçı hesab edir ki, bütün bu mallar Rusiya Federasiyasına verilir.

Bununla da Ermənistan Rusiyaya Qərb sanksiyalarından yayınmaqda yaxından kömək edir.

Şəffaflıq.az 


Geri qayıt