Əsas Səhifə > EKOLOGİYA > Gülşad Məmmədova: Fevral mürəkkəb sinoptik şəraitlə fərqlənir

Gülşad Məmmədova: Fevral mürəkkəb sinoptik şəraitlə fərqlənir


15-02-2024, 12:12


Fevral ayı mürəkkəb sinoptik şəraitlə fərqlənir. Qlobal iqlim dəyişmələrinin təsiri ilə bu ayda atmosfer prosesləri daha dinamik xarakterli olur.

Bunu Şəffaflıq.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, qısa zamanda həm isti, həm də soyuq dövr üçün xarakterik olan hava şəraiti formalaşır:

"Fevral ayının ilk ongünlüyündə ölkəyə daxil olan cənub istiqamətli axınların təsiri nəticəsində ölkə ərazisində qış fəslinə xas olmayan mülayim, yağmursuz və isti hava şəraiti müşahidə olunsa da, fevralın 15-dən şimaldan daxil olan soyuq hava kütlələrinın təsiri ilə havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, arabir küləkli, fasilələrlə yağıntılı olacağı gözlənilir".

Sinoptikin sözlərinə görə, fevralın 15-dən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib. Artıq Naxçıvan MR-də, Zaqatalada yağış, Şahdağda isə qar yağır.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 18-dək davam edəcək.


Geri qayıt