Əsas Səhifə > MEDİA > Milli məkan məlumatlarının monitorinqi qaydası təsdiqlənib
Milli məkan məlumatlarının monitorinqi qaydası təsdiqlənib14-02-2024, 20:04 |
Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydası təsdiqlənib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyi “Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi Qaydası”na uyğun olaraq milli məkan məlumatlarının monitorinqini aparmalıdır. Milli məkan məlumatlarının monitorinqinin aparılması prosesində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kosmik peyk vasitəsilə təqdim etdiyi “Yerin məsafədən müşahidəsi xidmətləri”ndən istifadə edilməlidir. Geri qayıt |