Əsas Səhifə > SAĞLAMLIQ > Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub


14-02-2024, 10:16


Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.

Şəffaflıq.az ın Qərb bürosunun məlumatına görə, zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır.

Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Zərərçəkənlər dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildirib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt