Əsas Səhifə > XARİCİ XƏBƏR > BƏƏ-nin Baş naziri Azərbaycanın dövlət başçısına təbrik ünvanlayıb
BƏƏ-nin Baş naziri Azərbaycanın dövlət başçısına təbrik ünvanlayıb13-02-2024, 20:59 |
Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Şəffaflıq.az xəbər verir ki, məktubda deyilir: "Möhtərəm cənab Prezident. Növbədənkənar Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm. Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına inkişaf və firavanlıq arzulayıram". Geri qayıt |