Əsas Səhifə > REGİON > Ərdoğan: Ukraynadakı müharibənin ədalətli yolla bitməsinə hələ də ümidimiz var
Ərdoğan: Ukraynadakı müharibənin ədalətli yolla bitməsinə hələ də ümidimiz var13-02-2024, 14:33 |
Ukraynadakı müharibənin ədalətli yolla bitməsinə hələ də ümidimiz var. Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətləri Sammitində çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə bunun üçün səylərini davam etdirəcək. R.T.Ərdoğan söyləyib ki, daha ədalətli dünyaya ehtiyac var: “Hər zaman dediyimiz kimi, dünya beşdən böyükdür. Bu gün dünyanın ayrı-ayrı yerlərindəki gərginlik bəşəriyyət üçün yaxşı nə isə vəd etmir”. Türkiyə lideri, həmçinin qeyd edib ki, Qəzzadakı müharibənin genişlənməsinin qarşısını almaq lazımdır: "Bu, Yaxın Şərqin inkişafı üçün vacibdir". Geri qayıt |