Əsas Səhifə > İqtisadiyyat > İqtisadiyyat Nazirliyi ötən ay Çağrı Mərkəzi ilə 80 min müraciət qəbul edib
İqtisadiyyat Nazirliyi ötən ay Çağrı Mərkəzi ilə 80 min müraciət qəbul edib13-02-2024, 11:52 |
Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə 80 032 müraciət daxil olub. Bu barədə Şəffaflıq.az a Nazirlikdən bildirilib. Məlumata görə, bu müraciətlərin 70 269-u canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə baş tutub. Müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Çağrı Mərkəzinə daxil olmuş müraciətlər əsasən operativ şəkildə cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun olaraq baxılması və nəticəsi barədə müraciət edən şəxslərə cavab verilməsi məqsədilə Nazirliyin aidiyyəti strukturlarına təqdim olunub. 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Çağrı Mərkəzinin göstərdiyi xidmətlər ödənişsizdir. Geri qayıt |