Əsas Səhifə > MALİYYƏ > Azərbaycan Mərkəzi Bankı "Bank VTB Azərbaycan"ın vəzifəli şəxsini cərimə edib
Azərbaycan Mərkəzi Bankı "Bank VTB Azərbaycan"ın vəzifəli şəxsini cərimə edib13-02-2024, 11:06 |
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank VTB Azərbaycan" ASC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. Şəffaflıq.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Bank VTB Azərbaycan”ın vəzifəli şəxsi 4 000 manat cərimə edib. Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank VTB Azərbaycan" ASC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. Şəffaflıq.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Bank VTB Azərbaycan”ın vəzifəli şəxsi 4 000 manat cərimə edib. Geri qayıt |