Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda üzümçülük sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
Azərbaycanda üzümçülük sahəsi üzrə yeni dövlət standartları qəbul edilib12-02-2024, 16:02 |
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ГОСТ 32039:2023 “Qida xammalından alınan etil spirti və araq. Qaz xromatoqrafiyası üsulu ilə həqiqiliyin təyini”, AZS ГОСТ 33287:2023 “Şərab və şərab materialları. Yüksək effektivli maye xromotoqrafiyası ilə oxratoksin A-nın tərkibinin təyini”, AZS ГОСТ 32061:2023 “Şərabçılıq məhsulları. Qablaşdırması, markalanması, daşınması və saxlanması” və AZS 942:2023 (ГОСТ 31728-2014) “Konyak distillatları.Texniki şərtlər” yeni dövlət standartlarınl qəbul edib. Şəffaflıq.az bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, yeni dövlət standartları üzümçülük sahəsində qida xammalından alınan etil spirti və araq məhsullarına, həmçinin şərabçılıq məhsullarının qablaşdırması, markalanması, daşınması və saxlanmasına dair tələbləri müəyyənləşdirir. Yeni dövlət standartları “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzr Texniki Komitə (AZSTAND/TK 22) müzakirəyə çıxalıb və İnstitut onları təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib. Geri qayıt |