Əsas Səhifə > SİYASƏT > Sabah prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək
Sabah prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək12-02-2024, 11:21 |
Fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı fevralın 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək. Bu barədə Şəffaflıq.az a Konstitusiya Məhkəməsindən məlumat verilib. Bildirilib ki, iclas saat 11:00-a təyin edilib. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92,12 faizini toplayaraq qələbə qazanıb. Geri qayıt |