Əsas Səhifə > Hadisə > Neftçalada 18 yaşlı gənc dəm qazından boğularaq ölüb
Neftçalada 18 yaşlı gənc dəm qazından boğularaq ölüb11-02-2024, 23:42 |
Neftçalada dəm qazından boğulma hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, olay şəhərin M. Hadi küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |