Əsas Səhifə > Cəmiyyət > Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib11-02-2024, 00:54 |
Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib. QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. Tələb olunan sənədlər: 1. Ümumvətəndaş pasportu; 2. Şəxsiyyət vəsiqəsinin surəti; 3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda); 4. Sağlamlıq haqqında arayış. Sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq. Şəffaflıq.az Geri qayıt |