Əsas Səhifə > XARİCİ XƏBƏR > Omanın Sultanı Prezident İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik edib
Omanın Sultanı Prezident İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik edib10-02-2024, 22:20 |
Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Oman İnformasiya Agentliyi (ONA) məlumat yayıb. Məlumatda qeyd olunub ki, Omanın Sultanı Azərbaycan Prezidentinə səmimi təbriklərini və ən xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı diləyib. Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə dost Azərbaycan xalqını tərəqqi və firavanlığa aparan yolda uğurlar arzulayıb, iki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Geri qayıt |