Əsas Səhifə > Hadisə > Bakıda evdən 35 min manatlıq qızıl oğurlanıb
Bakıda evdən 35 min manatlıq qızıl oğurlanıb9-02-2024, 10:33 |
Bakının Yasamal rayonunda evdən 35 min manatlıq qızıl oğurlanıb. Bu barədə Şəffaflıq.az a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mənzillərin birindən 35000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bəhruz Məmmədov saxlanılıb. Araşdırma aparılır. Geri qayıt |