Əsas Səhifə > REGİON > Rusiyada neft emalı zavodunun ərazisinə hücum olub, güclü yanğın baş verib
Rusiyada neft emalı zavodunun ərazisinə hücum olub, güclü yanğın baş verib9-02-2024, 10:12 |
Bu gecə Rusiyanın Krasnodar diyarında İlski neft emalı zavodunun ərazisində güclü yanğın olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilib ki, ərazidə partlayış səsləri eşidilib. Zavod ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi ehtimal edilir. Hadisə barədə hələ ki rəsmi məlumat yoxdur. Geri qayıt |