Əsas Səhifə > XARİCİ XƏBƏR > Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu ünvanlayıb


8-02-2024, 22:25


Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Şəffaflıq.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan zamanla ayaqlaşan, iqtisadi və sosial həyatda sürətli artım nümayiş etdirən ölkədir. Bu isə, öz növbəsində, əsas etibarilə uzun illər ərzində xalq tərəfindən geniş şəkildə dəstəklənən və rəğbətlə qarşılanan uzaqgörən dövlət siyasətinizin nəticəsidir. Bunu keçirilmiş prezident seçkilərinin nəticələri də sübut edir.

Biz Sizin Türkmənistana səmimi dostluq münasibətinizi yüksək qiymətləndiririk. Qəti əminəm ki, Türkmənistan-Azərbaycan əməkdaşlığı iki ölkə xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifədə bütün məqsədlərə nail olmağı, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzu edirəm".


Geri qayıt