Əsas Səhifə > MANŞET > ANS Şirkətlər Qrupu təqdimat keçirdi: VMF... - FOTO

ANS Şirkətlər Qrupu təqdimat keçirdi: VMF... - FOTO


19-12-2018, 00:21

 VMF Şirkəti Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi, öz adını daşıyan ilk saat markası - “VMF” saatlarının təqdimat mərasimini keçirib.
Kult.az xəbər verir ki, tanınmış elm, sənət adamları və ictimai xadimlərin də iştirak etdiyi tədbir VMF Şirkətinin tarixinin qısa xülasəsi ilə açılıb. Daha sonra VMF saat kolleksiyaları təqdim olunub.Milli ruhdan ilhamlanaraq muasir dövrun tələblərini ozundə əks etdirən VMF saatları adları ilə qonaqların diqqətini cəlb edib; VMF saatları “Klassik”, “Ənənə”, “Miras”, “İdman” və “Şəhər” saat kolleksiyalarından ibarətdir. Bu kolleksiyalara “Muğam”, “Ulduz”, “Miras”, “İrs”, “Tor”, “Eleqant”, “Naxış”, “Mirvari”, “Bulvar”, “Azman”, “Balans” ailələri daxildir. VMF saatlarının ideya müəllifi və yaradıcısı olan ANS Şirkətlər Qrupunun prezidenti, VMF Şirkətinin təsisçisi Vahid Mustafayev çıxışında bu saatların uğur yolunda olanlara həsr etdiyini bildirib:
“VMF Şirkəti olaraq, biz 20 ildən artıqdır İsveçrə və Yaponiyanın 20-yə yaxın ən qabaqcıl saat ailəsini Azərbaycanda şərəflə təmsil edirik. Bu illər boyu yüzlərlə Avropa və Asiya saatşunaslıq təlim və tədris kurslarından müvəffəqiyyətlə keçmişik. Yaraşığı, mürəkkəbliyi və qiymət səviyyəsi müxtəlif olan saatlarla yaxından tanış olmuşuq, lakin taxmaq istədiyimiz saata rast gəlməmişik. Taxmaq istədiyimiz saatın uğur qazanmaq üçün hər zaman ehtiyaclarımıza, biznes və həyat tərzimizə uyğun olmağını istəyirdik. Və nəhayət, belə bir saatı yaratdıq. 12 kolleksiyamız var, onlardan biri anamın adı ilə bağlıdır - Naxış. Bu gün o, yanımda olmasa da, həmişə mənimlədir. “Naxış” saatını yaratmaqda məqsədim o idi ki, hər zaman anamın ürəyi mənim yanımda olsun və onun da nəbzi mənimlə birlikdə vursun. VMF - Uğur saatınızı əldən buraxmayın!”
Mərasimində həmçinin VMF saatlarının elçiləri də təqdim olunub. "VMF saatlarının Uğur Fəlsəfəsinin Elçisi” kimi muğam ustadı, tenor Mənsum İbrahimov elan edilib.
Mənsum İbrahimov VMF saatlarının zövq və dəyərlərini özündə cəmləşdirən “Muğam”, “Azman”, “Tor” və “Ulduz” kolleksiyasının elçisi olub. Tədbirdə Mənsum İbrahimovun iştirakı ilə nümayiş edilən “Muğam” kolleksiyasının videoçarxından sonra ustad sənətkar çarxda səslənən “Şuşanın dağları” mahnısını canlı ifa edib. Mənsum İbrahimova “VMF saatlarının elçisi” sertifikatı və “Muğam” ailəsindən olan qol saatı təqdim olunub.
VMF saatlarının daha bir elçisi isə dünya şöhrətli rəqqasə, baletmeyster Təranə Muradova elan edilib. Təranə Muradova VMF saatlarının zəriflik və qadınlığı özündə cəmləşdirən “Mirvari”, “Miras”, “Bulvar” və “Naxış” kolleksiyasının elçisi elan olunub. “Naxış” kolleksiyasının videoçarxının nümayişindən sonra qonaqlara çarxda istifadə olunan “Qavalla rəqs” canlı olaraq nümyiş etdirilib. Rəqsin son akkordunu isə tanınmış rəqqasə özü vurub. Təranə Muradovaya “VMF saatlarının elçisi” sertifikatı və “Naxış” ailəsindən olan qol saatı təqdim olunub.
Təqdimat mərasimində xalq şairi Sabir Rüstəmxanlı və sənətşünaslıq elmləri doktoru, xalq artisti Leyla Şıxlinskaya da çıxış edərək Vahid Mustafayevə ilk milli brend saatlarını yaratdığı üçün təşəkkür ediblər.
Xatırladaq ki, 1997-ci ildən bu yana VMF Şirkəti Bakıda və Azərbaycanın ən böyük şəhərlərində dizayn və rahatlığı, yüksək xidmət göstərən peşəkar komandası ilə 20-dən çox salonda saatsevərlərə xidmət göstərir.


 

Geri qayıt