Əsas Səhifə > XARİCİ XƏBƏR > Moldova nümayəndəsi: "Seçki prosesinin tam şəffaf və aktiv keçdiyini gördük"
Moldova nümayəndəsi: "Seçki prosesinin tam şəffaf və aktiv keçdiyini gördük"8-02-2024, 10:51 |
Moldova-Azərbaycan parlamentlərarası işçi qrupun rəhbəri Vitali Jakot müşahidələri zamanı seçki prosesinin tam şəffaf və aktiv keçdiyini bildirib. "Report"un xəbərinə görə, bu barədə o, keçirdiyi brifinqdə deyib. Moldova nümayəndəsi qeyd edib ki, işğaldan azad olunan Xankəndi şəhərində də seçki prosesini izləyib. "2 il öncə Şuşada da olmuşdum. Dağılmış abidələri, məscidləri gördüm. Bu, mənə çox pis təsir etdi. Amma bütün abidələr, o cümlədən kilsələr heç bir zərər vurulmadan restavrasiya edilirdi. Dünən Xankəndiyə gedəndə həmkarlarım yolboyu çox duyğulu idi. Bu, mənim üçün tanış mənzərə idi. Ümumiyyətlə, Xankəndi çox gözəl şəhərdir, amma boşdur. Buna baxmayaraq, əminlik hissi var idi ki, boş qalmış evləri, mülkləri heç kim dağıtmayacaq. Hiss edilirdi ki, insanlar bura istədiyi zaman qayıda və dinc yaşaya bilərlər. Azad olunmuş ərazilərdə yaşayan insanlarla söhbət etmək imkanım da oldu. Xankəndidən qaçqın düşən, sonradan torpağına qayıdan insanlar var idi. Onlar çox inamlı və nikbin görünürdülər. Bu əminlik, inam hissi isə çox şeyin öhdəsindən gəlmək olar. Ümumilikdə, müşahidələrimiz zamanı seçki prosesinin tam şəffaf və aktiv keçdiyini gördük", - deyə o vurğulayıb. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir. Şəffaflıq.az Geri qayıt |