Əsas Səhifə > FUTBOL > Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.5-02-2024, 09:14 |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq. Şəffaflıq.az-ın məlumatına görə, sonuncu oyunda "Kəpəz" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək. Gəncə klubu 17 xalla 9-cu, Naxçıvan təmsilçisi 27 xalla 6-cıdır. Azərbaycan Premyer Liqası XXI tur 5 fevral 15:00. “Kəpəz”– “Araz-Naxçıvan” Qeyd edək ki, XXI turda "Qarabağ" "Səbail"i, "Sumqayıt" isə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib. "Sabah" - "Turan Tovuz" və "Qəbələ" - "Zirə" matçları 1:1 hesabı ilə yekunlaşıb. Geri qayıt |